“Beş milyon insan quraqlıq səbəbiylə qida böhranıyla üzləşəcək” - BMT

  • By admin
  • 13 Noyabr 2019 19:05
Afrikanın cənubunda yerləşən Zimbabve ölkəsində quraqlıq səbəbiylə xeyli sayda filin öldüyü açıqlayıb. 
Gununsesi.org xəbər verir ki, son iki ayda 200-dən çox filin qurarlıq səbəbiylə tələf olduğu bildirilir. Buna görə də “Hvanqa” Milli Parkında  yüzlərlə fil və şirlər ölkə tarixinin ən böyük xilasetmə əməliyyatıyla bataqlıq ərazilərə köçürüləcək.
“Hvanqe” Milli Parkının yaxınlığındakı Justhume kəndinin sakinləri su axtararkən quyuya düşən körpə filin görüntülərini paylaşıblar. Kəndlilər fili xilas edərək təbiətə buraxıblar, amma heyvanın bir qıçının sındığı bildirilir. Bostvana sərhədi yaxınlığındakı heyvanlar “Maitenge” bəndindən su içsələr də, 2005-ci ildə həmin bənd sökülüb.
Vəhşi Təbiəti Mühafizə Agentliyi isə quraqlıq səbəbindən digər bölgələrə 600 fil, iki sürü şir, bir sürü vəhşi it, 50 camış, 40 zürafə və 2000 antilopun köçürüləcəyini açıqlayıb.
Ümumilikdə Zimbabvedə 85 min filin yaşadığı deyilir. Ancaq son zamanlar otlaq sahələrinin və su ehtiyatlarının quruması səbəbiylə ölkədə milli parklarda və qorunan ərazilərdə fillərin sayının 55 minə endiyi bildirilir. Birləşmiş Millətlər Təşkilatı isə ölkə əhalisinin üçdə birini təşkil edən beş milyon insanın quraqlıq səbəbiylə qida böhranıyla üzləşə biləcəyini deyib.
Gununsesi.org