Beyləqanda ağır yol qəzasında 2 nəfər ölüb, 3-ü yaralanıb

  • By admin
  • 22 Fevral 2018 23:10


Beyləqan rayonunda ölümnən nəticələnən ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.

Gununsesi.info