Beyləqanda köçkünlər yolu bağladı

  • By admin
  • 16 İyun 2016 13:44

qachqinlaryolu

Füzulidən olan 30-dək məcburi köçkün Beyləqanda rayonun mərkəzi yolunu bağlayıb.

Gununsesi.info AzNews.az-a istinadən xəbər verir ki, köçkünlərin etirazına səbəb məskunlaşdıqları keçmiş Kəndtikinti Açıqtipli Səhmdar Cəmiyyətinin ərazisində tikinti işlərinin aparılmasına icazə verilməməsidir.

“23 ildir burada yaşayırıq. Biz qaldığımız müddətdə buranı söküb daşıdılar. Onların ehtiyatsızlığı ucbatından azyaşlı uşağımız betonun altında qaldı öldü. 18 yaşında qızlarımız qamışlıqda çimir. Özümüz torpağın üzərində yatırıq. Biz istəyirik ki, öz hesabımıza olsa da bir ev tikək. Lakin bizi incidirlər. Ev tikməyimizə mane olurlar. Kim inanmırsa gəlsin bizim yaşayış tərzimizə baxsın”.