Beyl Azərbaycanla oyundan danışdı

  • By admin
  • 15 Noyabr 2019 17:59

“Remsinin yenidən heyətdə olması çox gözəldir. Bu, sevindirici haldır. O, “Yuventus” kimi böyük klubda çıxış edir. Belə davam etsə, orada möhkəmlənəcək”.
Gununsesi.org qol.az-a istinadən xəbər verir ki, bu sözləri Uels millisinin üzvü Qaret Beyl Avro-2020-nin seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Bir müddətdir zədədən əziyyət çəkək “Real”ın hücumçusu hazırda tam sağaldığını bildirib: “Özümü əla hiss edirəm. Ümid edirəm ki, bu cür də davam edərəm. Milli komandada oynamaq həmişə şərəfdir”.

Beyl yığmamızla bağlı fikirlərini də bölüşüb: “Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar. Beş il öncəki ilə indiki Azərbaycan arasında fərq görürəm. Bu komanda daim inkişafdadır”.

 

Gununsesi.org