Beynəlxalq Qızıl Xaç Komitəsi erməni əsgərlə görüşdü

Beynəlxalq Qızıl Xaç Komitəsi erməni əsgərlə görüşdü

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş erməni hərbi qulluqçu Kazaryan Aro Xaykoviç ilə görüşüb.

Komitədən Gununsesi.org-a bildirilib ki, avqustun 19-da BQXK-nın Bakıdakı nümayəndələri bu yaxınlarda təmas xəttini keçmiş erməni əsgərə baş çəkiblər.

Başçəkmə zamanı A.Kazaryanın saxlanma şəraiti və onunla rəftar yoxlanılıb.

Qeyd edək ki, avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç saxlanılıb. İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədəki özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Gununsesi.org

COMMENTS