Beynəlxalq Hüquqşünaslar Komissiyası Elçin Sadıqovun müdafiəsinə qalxdı - VƏKİLLƏR KOLLEGİYASINA ÇAĞIRIŞ

  • By admin
  • 14 Mart 2019 10:26

Beynəlxalq Hüquqşünaslar Komissiyası Azərbaycan Vəkillər Kollegiyasına çağırış edib.

Gununsesi.org bildirir ki, dünyanın nüfuzlu hakimlərini, prokurorlarını, eləcə də nüfuzlu vəkillərini özündə birləşdirən

Beynəlxalq Hüquqşünaslar Komissiyası vəkil Elchin Sadiqobun 25 fevral 2019-cu il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə töhmət almasından narahatlıq duyduğunu ifadə edib.

Beynəlxalq Hüquqşünaslar Komissiyası Vəkillər Kollegiyasının vəkil Sadıqova qarşı sanksiyanı qaldıraraq və hüquqşünasların həbsdə olan müvəkkilləri ilə konfidensial görüşlərinin praktikada təmin olunması üçün qanunvericiliyi və praktiki təkmilləşdirmələri nəzərdən keçirərək, müstəqil hüquqşünasların dəstəklənməsini vacib hesab edir.

Qeyd edək ki, Elçin Sadıqov Azərbaycanda siyasi fəalların, həbs edilən jurnalistlərin müdafiəçisi kimi tanınır.

Gununsesi.org