Bibiheybət yolu çökdü – Baş nazir və mer hadisə yerinə getdi – VİDEO+FOTOLAR

  • By admin
  • 25 Noyabr 2019 11:00

Bakıda torpaq sürüşməsi baş verib. Gununsesi.org xəbər veri ki, yolun çökməsi səbəbindən Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb.

Torpaq qatının sürüşməsi anı müşahidə kameralarına da düşüb. Qeydə alınmış görüntülərə əsasən, uçqun zamanı hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin torpaq qatı altında qalması ehtimal edilir.

Küçədə hərəkətsiz vəziyyətdə olan “Mercedes” markalı avtomobil torpaq qatının altında qalıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.

Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə, 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Baş Nazir Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən ərazidə olub.

 

 

 

 

 

Gununsesi.org