Biləsuvarda 1 ton ot bağlaması yanıb

  • By admin
  • 07 Yanvar 2018 20:58

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin dam örtüyü 3 m2 sahədə və köməkçi tikiliyə bitişik ümumi sahəsi 10 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 2,5 ton ot bağlamasının 1 tonu yanıb.

Köməkçi tikilinin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info