Bill Qeytsin həyatı haqqında sənədli film çəkilir

  • By admin
  • 21 Avqust 2019 14:21

Netflix Microsoft şirkətinin yaradıcısı Bill Qeytsin həyatı haqqında sənədli serial təqdim edəcək.

Gununsesi.org-un türk mətbuatına istinadən verdiyi xəbərə görə, filmin rejissoru Oskarlı rejissor Devis Qugenheymdir. “Billin beyninin içində: Bill Qeytsi çözmək” adlanan film üç hissədən ibarət olacaq.

Dünyanın ən varlı insanları siyahısında olan Bill Qeytsin həyatından bəhs edən film 20 sentyabrda Netflixdə yayımlanacaq.

Gununsesi.org