Binəqədidəki güllələnmə olayının istintaqı ilə bağlı yenilik

Binəqədidəki güllələnmə olayının istintaqı ilə bağlı yenilik

Bir neçə gün əvvəl Binəqədi rayonununda baş verən güllələnmə olayı ilə bağlı yeniliklər var.

Gununsesi.org-un məlumatına görə, kriminal aləmdə tanınan Mübariz Budaqovun qətlinin istintaqı rayon prokurorluğundan alınaraq, Bakı şəhər Prokurorluğuna verilib.

Saytımıza açıqlamasında zərərçəkən tərəfin vəkili Ceyhun Yusifov bu barədə xəbəri təsdiq edib.

Onun sözlərinə görə, bu qərar istintaqın tam və hərtərəfli araşdırılması, o cümlədən cinayət hadisəsini törədənlərin əhatə dairəsinin müəyyən olunması üçün belə qərar qəbul olunub.

 

Elmar

Gununsesi.org

COMMENTS