Binəli Yıldırım: Bundan sonra fəaliyyətmə millət vəkili kimi davam edəcəyəm

  • By admin
  • 26 İyun 2019 10:51

İstanbul bələdiyyə sədri seçkilərində uduzan Binəli Yıldırım “Hökumətdə təmsil olunacaqsızmı” sualına cavab verib.

Gununsesi.org-un “Haberler”ə istinadən məlumatına görə, Yıldırım bundan sonra fəaliyyətinə millət vəkili kimi davam edəcəyini bildirib:

“Sadə millət vəkiliyəm. Əsl işimə – deputatlığa geri döndüm. Başqa planım yoxdur”.

Qeyd edək ki, seçkilərdə 44,99 % səs toplayan Yıldırım 54,21% səs toplayan İmamoğluna məğlub olub.

Gununsesi.org