Binəqədidə “Toyota Prado” “KaMAZ”a çırpılıb, 4 nəfər xəsarət alıb

  • By admin
  • 03 Noyabr 2019 12:06

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Xocahəsən qəsəbəsində “Toyota Prado” markalı avtomobil arxadan “KaMAZ” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində 4 nəfər – 1977-ci il təvəllüdlü Kəlbiyev Zaur Hacıbala oğlu, 1964-cü il təvəllüdlü Quliyev Aqət, 2001-ci il təvəllüdlü Kəlbiyev Rafəddin Elşən oğlu, 1971-ci il təvəllüdlü Əsgərov Elçin Əsgər oglu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Gununsesi.org