Binəqədidə yol qəzası oldu: Ölənlər var

  • By admin
  • 30 Noyabr 2019 09:00

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Gununsesi.org FHN-ə istinadən xəbər verir ki, “Khazar” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1993-cü il təvəllüdlü Ağayev Ağarza Eldar oğlunun və 1 sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.org