Bir günlük uşaq həyata 100 dəqiqəlik fasilə ilə qədəm qoydu

  • By admin
  • 15 Yanvar 2020 14:38

Türkiyədə qeyri adi tibbi hadisə qeydə alınıb. Belə ki, yeni doğulan körpənin ürək damarlarının tərsinə yerləşdiyi məlum olub.

Gununsesi.org xəbər verir ki. bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, hadisə Qaziantepdə qeydə alınıb.

Bundan əlavə, uşağın ürəyində dəlik də aşkarlanıb. Körpə dərhal təcili yardım təyyarəsi ilə Konyaya göndərilib, orda xüsusi xəstəxanaya yerləşdirilib.

Ürək damarlarının müalicəsi üçün ürəyi 100 dəqiqə dayandırılan körpə aparılan əməliyyatla yenidən dünyaya “salam” deyib.

Həkimlər əməliyyatın uğurlu olduğunu bəyan ediblər. Onların sözlərinə görə ilk əməliyyatla körpənin ürəyindəki dəlik bağlanıb, sonra isə tərs damarlar düzəldilib.

Gununsesi.org