Bir qəzada 4 nəfər öldü- "FORD" "KAMAZ"A ÇIRPILDI

Bir qəzada 4 nəfər öldü

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un  məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində – Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 “Ford” markalı mikroavtobus qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı dörd nəfər hadisə yerində ölüb, iki nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib.

Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS