Bir qrup qadın ABŞ səfirliyi qarşısında aksiya keçirib

  • By admin
  • 26 Oktyabr 2019 11:06

Gununsesi.org xəbər verir ki, oktyabrın 25-də bir qrup qadın ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Qadınlar plakatlar qaldıraraq, 19 oktyabr mitinqi zamanı dinc vətəndaşlara qarşı polis zorakılığını pisləyiblər.

Onlar həmçinin sosial problemlərin həllini tələb ediblər və dövlət orqanlarında korrupsiyanı pisləyiblər.

Hadisə yerinə gələn polis dəstələri qadınları ərazidən uzaqlaşdıraraq, bir iştirakçının müraciətlərini səfirliyə təqdim etməsinə icazə verib.

“Biz Amerikalı diplomatlardan ifadə azadlığının təmin edilməsi, müxalifətə qarşı polis zorakılığına son qoyulması və toplaşmaq azadlığının təmin edilməsi üzrə səylərimizi dəstəkləməyi xahiş etdik.

Məni dinlədilər və Azərbaycan hakimiyyəti ilə görüşlərdə bu məsələri qaldırmağa söz verdilər”, deyə səfirlik binasından çıxan aksiya iştirakçısı bildirib.

 

Gununsesi.org