Biri satıcının başını qatdı, digəri araq oğurladı – Video

  • By admin
  • 21 Yanvar 2020 15:34

Bakıda mağazadan oğurluq edən şəxs kameraya düşüb.

Gununsesi.org-un verdiyi xəbərə görə, hadisə yanvarın 17-si saat 17:45 radələrində Xətai rayonu, Həzi Aslanov qəsəbəsində baş verib.

Market sahibi İlham Həsənov bildirib ki, iki nəfər öncədən planlaşdıraraq mağazaya daxil olublar: “Onlardan biri xırdavat əşyalar yığaraq satıcının başını qatıb, digəri isə vitrindən 1 litrlik “Stoliçnıy” arağı götürərək paltosunun altında gizlədib və mağazadan çıxaraq qaçıb. Digər isə onun getdiyini gördükdən sonra satıcıdan “ştuçnıy” siqaret alıb çölə çıxaraq həmin adamı çağırmasını və pulu onun verəcəyini deyib. O da arağı götürənin ardınca çıxıb gedib və vitrindən götürdüyü əşyalar kassirin önündə qalıb”.

Gununsesi.org