BMT Eritreyaya tətbiq edilən sanksiyaları ləğv etdi

  • By admin
  • 14 Noyabr 2018 21:52

BMT Təhlükəsizlik Şurası Eritreyaya tətbiq edilən sanksiyaları ləğv edib.

“Gununsesi.org” xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyaların ləğvinə səbəb regionda müsbət irəliləyişlər yaşanması, xüsusilə Eritreya və Cibuti arasında ərazi mübahisələrinin həllinə dair sazişin bağlanmasıdır.

Qeyd edək ki, Eritreyaya qarşı sanksiyalar 2009-cu ildən tətbiq olunur. 2013-cü ildən iqtisadi sanksiyalarla yanaşı ölkəyə silah embarqosu da qoyulub.