BMT-nin baş katibi Yaponiyada “Hagibis” qasırğasının qurbanlarının ailələrinə başsağlığı verib

  • By admin
  • 14 Oktyabr 2019 10:00

BMT-nin baş katibi Antoniu Quterreş Yaponiyada “Hagibis” qasırğasının qurbanlarının ailələrinə başsağlığı verib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə baş katibin saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda bildirilir: “Baş katibi Yaponiyada “Hagibis” qasırğası nəticəsində irimiqyaslı dağıntılar və tələfat barədə məlumatlar dərindən sarsıdıb. O, ölənlərin ailələrinə, Yaponiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. O, zərərçəkənlərin tezliklə sağalmasını arzulayır”.

Xatırladaq ki, “Hagibis” qasırğası Yaponiya ərazisinə sentyabrın 12-si daxil olub. Qasırğa nəticəsində 39 nəfər həlak olub, 189 nəfər isə xəsarət alıb. Bundan əlavə, 17 nəfər itkin düşmüş sayılır.

 

 

 

Gununsesi.org