“Boeing 777X” birinci sınaq uçuşunu başa çatdırıb

  • By admin
  • 26 Yanvar 2020 09:16

“Boeing 777X” təyyarəsi birinci sınaq uçuşunu müvəffəqiyyətlə qurtarıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, uçuşun yayımı şirkətin saytında aparılıb.

Təyyarə Sietldə aeroportda yerə enib. Sınaq uçuşu Vaşinqton ştatında keçirilib və təxminən dörd saat davam edib.

“Boeing 777X”in birinci uçuşu bir neçə dəfə təxirə salınıb. Uçuş cümə axşamı və cümə gününə keçirilib. Uçuşa əlverişsiz hava şəraiti mane olub.

 

Gununsesi.org