Boliviyada daha bir nazir istefa verdi - Kütləvi xalq etirazları çoxsaylı istefalara səbəb oldu

  • By admin
  • 13 Noyabr 2019 11:55

Boliviyanın Xarici İşlər naziri Diyeqo Peri istefa verib.

 

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Pagina 7” xəbər verib.

Boliviyanın Amerika Dövlətləri Təşkilatındakı nümayəndəsinin də postunu tərk etdiyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl ölkədə prezident Evo Morales, vitse-prezident Alvaro Qarsiya və Müdafiə naziri Havyer Savaleta da istefa vermişdi. Ölkəni müvəqqəti olaraq Boliviya senatını ikinci vitse-spikeri, müxalifət nümayəndəsi Janin Anyes idarə edir.