Bolton Trampın xarici siyasətini tənqid etdi

Bolton Trampın xarici siyasətini tənqid etdi

ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə keçmiş müşaviri Con Bolton Nyu-Yorkda qapalı keçirilən tədbirlərin birində Amerika liderinin yürütdüyü xarici siyasəti kəskin şəkildə tənqid edib. Gununsesi.org xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, Prezident Donald Trampın “Taliban” radikal hərəkatının liderlərini Kemp-Deviddə yerləşən iqamətgahına dəvət etməsi “dəhşətli siqnal”dır.

Eks-müşavir bu addımı 11 sentyabr hücumunun qurbanlarına hörmətsizlik adlandırıb.

O, həmçinin, Şimali Koreya və İranla danışıq ideyasını tənqid edib. Bolton hesab edir ki, Tehran və Phenyanın məqsədi ABŞ-ın bu ölkələrə tətbiq etdiyi sanksiyaları yumşaltmaqdır. 

Gununsesi.org

COMMENTS