Boltonu Çarli Kappermen əvəzləyəcək

Boltonu Çarli Kappermen  əvəzləyəcək

ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə istefaya göndərilən müşaviri Con Boltonun vəzifələrini Çarli Kappermen icra edəcək. Gununsesi.org-un məlumatına görə, bu barədə Ağ Evdən bildirilib. 

Buna qədər Kappermen müşavirin müavini olub.

Daha əvvəl Tramp Con Boltonu özünün Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri vəzifəsindən azad edib. Con Bolton öz növbəsində, Tvitter hesabında öz istefasını Trampla müzakirə etdiyini, sonuncunun isə ona “Gəl bu haqda sabah danışaq” dediyini qeyd edib.

Gununsesi.org

COMMENTS