Bosfor boğazı bağlandı

  • By admin
  • 17 Avqust 2016 14:02

bosfor

 

Türkiyənin Bosfor boğazı bağlanıb. Səbəb burada yük gəmisiylə patrul gəmisinin toqquşmasıdır.

İstanbul rəsmiləri avqustun 17-də baş vermiş insident zamanı altı nəfərin xilas edildiyini bildirir. Bu strateji əhəmiyyətli suyolunun nə qədər bağlı qalacağı bəlli deyil.

Hər il dünyanın neft təchizatının 3 faizi bu boğazdan keçir. Qara Dənizlə Aralıq Dənizini birləşdirən boğaz vasitəsilə buğda daşımaları da həyata keçirilir.

Gununsesi.info