Böyük Britaniyada bu gün növbədənkənar seçkilər keçirilir

  • By admin
  • 12 Dekabr 2019 11:42

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Gununsesi.org “Gazeta” dərgisinə istinadən xəbər verir ki, seçki məntəqələri səhər saat 7-dən gecə 10-a kimi açıq olacaq.

Mühafizəkarlar Partiyasının üzvü, Baş nazir Boris Conson “Brexit” planını həyata keçirmək üçün parlamentdə mütləq çoxluqla təmsil olunmalıdır. Parlamentdə təmsil olunan digər partiyaların əksər üzvləri Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının əleyhinə çıxış edir.

Xatırladaq ki, Böyük Britaniyada 650 seçki dairəsi fəaliyyət göstərir. 46 milyon seçicinin öz namizədini seçəcəyi gözlənilir. Parlamentə 650 deputat seçiləcək.

Gununsesi.org