Boyun artmasının yolları

  • By admin
  • 15 Avqust 2016 17:10
boy-1
Yuxu rejiminin pozulması və düzgün qidalanmama boyun artımına ciddi təsir edir. Belə ki, yuxu rejiminin pozulması və düzgün qidalanmama boyun artmasına mane olur.
Gununsesi.info xəbər verir ki, məhz bunun nəticəsində son 10 ildə Azərbaycanda əhalinin boyu 5 sm qısalıb. Nəticədə  Azərbaycanda orta boy  həddi 167 santimetrdən 162 sm -ə enib. Bəs necə etmək ki,  gələcək nəsil boy problemi ilə üzləşməsin? Onlar nə ilə qidalansın?
Belə bir problemlə üzləşməmək üçün daha çox qidalanma zamanı süd, süd məhsulları, quru meyvələr və bir sıra tərəvəzlərdən, meyvələrdən istifadə etmək lazımdır. Bundan əlavə yuxu rejiminə ciddi riayət etmək lazımdr.Yəni, vaxtında yatıb- vaxtında durmaq. Sutka ərzində ən azından 8 saat yatmaq gərəkdir.
Süd və süd məhsulları sümük üçün faydalı olmaqla yanaşı boyun uzanmasına müsbət təsir etdiyi ilə bağlı fikirlər səslənsə də südün özü övladınızın boyunun uzanması üçün ən doğru seçim olardı. Gün ərzində 2 stəkan süd içmək övladınızın boyunun uzatmaqla yanaşı, onun sümüyünün möhkəmlədər. Südün boyu uzatmağı üçün gecə yatmazdan əvvəl içilməsi tövsiyyə olunur. Çünki gecə içilən südün insanın böyümə hormonuna təsir gücü daha çox olur.
Süd məhsulları
Tərkibində kalsium çoxluq təşkil edən süd məhsullarına xama, qatıq, yoqurt,ayran və pendir və kəsmik daxildir. Övladınız tərəvəzli yemək yeyərkən boşqabında süd məhsullardan hər hansı biri olsa daha yaxşı olar. Pendir yeməyən uşaqlara pendirlə hər hansı bir yemək yaxud piroq hazırlaya bilərsiniz.
Brokoli
İmmunitetin güclənməsində və bədənin qorunmasında mühüm rol oynayan brokoli övladınızın boyunun uzanmasını təmin edən əsas tərəvəzlərdən biridir. Uşaqlar tərəfindən çox da sevilməyən brokolinin müəyyən rejimlə qəbul olunması daha faydalıdır. Aparılan elmi araşdırmalar zamanı müəyyən olunmuşdur ki, o qədər də çox xoşlanılmayan qidaların müəyyən rejimlə qəbul olunması bu tərəvəzin istifadəsinə vərdiş olunması ilə nəticələnir.
Quru meyvələr
Quru meyvələr ən yaxşı kalsium mənbəyidir. Bu tərəvəzlər boy uzanmasını təmin edir. Gün ərzində əlavə olaraq süd ilə birgə quru meyvə də övladınıza yedizdirsəniz onun boyunun uzanmasını stimmulaşdırmış olarsınız. Ancaq unutmaq olmaz ki, quru meyvənin qəbul olunmasının miqdarı çox önəmlidir. Çünki çox qəbul olunarsa artıq çəki probleminin yaranmasına səbəb ola bilər. Gün ərzində 4-5 ədəd quru ərik, 2 ədəd quru əncir, 1 ovuc quru üzüm seçimlərindən birini istifadə etməyiniz övladınızın boyunun uzanmasına müsbət təsir göstərər.
Küncüt
Tərkibində ən yüksək miqdarda kalsium olduğu üçün uşaqların qidalanmasında xüsusi əhəmiyyətə malik olan küncüt yağlılığının çox olmasına görə uşaqlar üçün bir az təhlükəlidir. Ancaq övladlarınızın küncüdün xeyirli xüsusiyyətlərindən faydalanması üçün həftə ərzində 2-3 dəfə çörək əvəzinə küncütlü kökə, yaxud simit yeməyi məsləhətdir.
Mürtəza
Gununsesi.info