“Bozbash Pictures” serialının aktyorları yeni filmdə

  • By admin
  • 20 İyul 2016 14:30

ocki

 

Rejissoru İlham Qasımov olan “Oğlan evi” filminin ikinci hissəsi çəkilir.

Gununsesi.info xəbər verir ki, ikinci hissədə tamaşaçıların sevdikləri aktyorların sırasına bir neçəsi də əlavə ediləcək. Bu hissədə “Bozbash Pictures” serialının məhşur aktyoru Nicat Rəhimov da rol alacaq. Video-blogger Hüseyn Əzizoğlu isə filmdə ilk debütünü edəcək.

Ötən filmdə bir mənzilin bir neçə şəxsə satılmasından bəhs edilirdisə, bu dəfə ekran əsərinin qəhrəmanları, maşın alverçilərinin fırıldağının qurbanı olacaq. Filmin premyerasının dekabr ayına təsadüf ediləcəyi bildirilir.

Sevinc Xeyrulla