Brilliant Türkiyə şou-biznesinə qayıtdı- VİDEO

Brilliant Türkiyə şou-biznesinə qayıtdı

Xalq artisti Brilliant Dadaşova yeni klipini təqdim edib. Gununsesi.org xəbər verir ki, sənətçi sözləri özünə, musiqisi Fərid Kərimliyə məxsus “Para- para” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib.

Dadaşova bu dəfə klipi üçün Türkiyədən olan komandaya müraciət edib. Onun sözügedən layihəsinin rejissoru Erkan Nas olub.

Klip boyu dörd obrazda kamera qarşısına keçən Brilliantın klipi məşhur “Netd Müzik” yutub platformasında yerləşdirilib.

Qeyd edək ki, Türkiyə KİV-də sənətçinin bu layihəsi barədə məqalələr dərc edilib. “Para- para” qardaş ölkənin musiqi kanallarında da yayımlanacaq.

COMMENTS