Britaniya səfiri də futbolu stadiondan izlədi- ƏLA OYUN İDİ

Britaniya səfiri də futbolu stadiondan izlədi

UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi.

Gununsesi.org  xəbər verir ki, bunu oyundan sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

“Çelsi futbol klubunu ilə təbrik edirik. Əla oyun idi. Əhsən Bakıya ki, iki komandamızın final oyununu möhtəşəm təşkil etdi. Stadion dünya standartlarına cavab verirdi” deyə Böyük Britaniyanın səfiri bildirib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında final oyunu keçirilib.

Görüş “zadəganlar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.

COMMENTS