Britaniyanın yeni baş naziri - BORİS CONSON

  • By admin
  • 23 İyul 2019 15:25

Boris Conson, gözlənildiyi kimi, Böyük Britaniyanın Mühafizəkar Partiyasının sədri seçilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə partiyanın idarəetmə komitəsindən məlumat veriblər.

 Bununla da Britaniyanın keçmiş Xarici İşlər naziri və Londonin sabiq meri B.Conson çərşənbə günü ölkənin Baş naziri olacaq.

Hakimiyyətin indiki Baş nazir Tereza Meydən yenis Baş nazirə rəsmi keçidi çərşənbə günü baş tutacaq.

Kraliça II Elizabet T.Meyin istefasını qəbul edəcək və yeni Baş nazirdən hökuməti formalaşdırmağı istəyəcək.

Gununsesi.org