Britni Spirsin çəkdiyi şəkil 10 minə satıldı

  • By admin
  • 07 Noyabr 2017 23:24


Müğənni Britni Spirsin çəkdiyi rəsm əsəri 10 min dollara satılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, İfaçı güllərdən ibarət rəsmini Las-Veqasda təşkil olunan sərgiyə göndərib.

“Vegas cares” (“Veqas qayğıya qalır”) adlı xeyriyyə məqsədli sərgidən yığılan pullar şəhərdə baş vermiş terrorda həlak olan və yaralıların ailələlərinə göndərilib.

Xatırladaq ki, ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində oktybarın 3-də silahlı insident baş verib. Stiven Peddok adlı şəxsin törətdiyi hadisə nəticəsində ölənlərin sayı 59, yaralılar isə 515 nəfər olub.

Gununsesi.info