“Bu, atəşkəs deyil” - ÇAVUŞOĞLU MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

  • By admin
  • 17 Oktyabr 2019 22:49

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşməsindən sonra açıqlama verib.

Gununsesi.org-un “Anadolu” agentliyinə isitnadən məlumatına görə, Çavuşoğlu Pensin “Suriyada atəşkəs elan ediləcək” sözlərinə münasibət bildirib. “Bugünkü müzakirələrdə cənab Prezidentimizin liderliyi nəticəsində istədiklərimizi aldıq” deyən nazir sözlərinə belə davam edib:

“PKK/YPG-nin 120 saat içərisində Suriyanın şimalından çıxması üçün “Sülh Çeşməsi” hərəkatına fasilə verəcəyik. Bu, atəşkəs deyil. Terrorçuların çıxmasından sonra əməliyyatın dayandırılıb-dayandırılmaması müzakirə olunacaq”.

 

Gununsesi.org