Həftədə 4 gün, gündə 6 saat işləyəcəklər

  • By admin
  • 06 Yanvar 2020 16:41

Finlandiyanın yeni Baş naziri Sanna Marin maraqlı təklifi ilə gündəmə gəlib.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, S.Marin ölkəsində həftədə 4 günlük və gündə altı saat iş rejimi olmasını təklif edib.

Baş nazir qeyd edib ki, insanlar öz ailələri, yaxınları və məşğuliyyətləri ilə vaxt keçirməyə layiqdirlər.

Qeyd edək ki, bu təcrübə bir müddət əvvəl Yaponiyada tətbiq edilib. “Microsoft”un Yaponiya şöbəsində bir ay müddətində həftədə 4 günlük iş rejiminə keçid etmişdi. Təcrübənin sonunda məhsuldarlığın təxminən 40 faiz artdığı müşahidə edilib.

Gununsesi.org