Sumqayıtda 39 nəfər dəm qazından zəhərləndi

  • By admin
  • 28 Noyabr 2019 11:24

Bu ay Sumqayıtda dəm qazı zəhərlənməsi ilə bağlı 39 nəfər həkimə müraciət edib.

Gununsesi.org xəbər verir ki, Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, noyabr ayı ərzində dəm qazı zəhərlənəsi ilə daxil olan 39 nəfərdən 20-nin vəziyyəti ağır olub. Zəhərlənənlərdən 5-i azyaşlı olub. Onların arasında ölüm halı qeydə alınmayıb.

Zəhərlənmə halları əsasən fərdi yaşayış evlərində baş verib.

Gununsesi.org