Bu dəfə idmançılar zəhərləndi – 10 nəfər xəstəxanalıq oldu – Foto

  • By admin
  • 25 Noyabr 2019 13:00

Türkiyənin qadın voleybolçulardan ibarət “Kuzeyboru” klubunda bədbəxt hadisə yaşanıb.

Gununsesi.org “Yeni Sabah”-a istinadən xəbər verir ki, komandanın 10 oyunçusu eyni gündə zəhərlənib.

Hoteldə olarkən gecə saatlarında ürəkbulanma və qusmadan şikayət edən valeybolçular xəstəxanaya çatdırılıb.

Klubun verdiyi açıqlamada oyunçuların artıq buraxıldığı, lakin oteldə həkim nəzarətində olduğu deyilib. Bu səbəbdən 7-ci turda “Mardin Böyükşəhər Bələdiyyəsi Başakspor”la keçirilməli olan qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, zəhərlənmənin səbəbi açıqlanmayıb.

 

 

 

 

Gununsesi.org