Bu firmaların istehsal etdiyi toyuqlarda virus aşkarlandı - SİYAHI

  • By admin
  • 16 Yanvar 2018 23:12

Roskontrol” qeyri-kommersiya təşkilatı bazara broyler toyuqları çıxaran 6 brenddə yoxlamalar aparıb.

Gununsesi.info xəbər verir ki, yoxlamalar zamanı həmin ətlərdə antibiotiklər, təhlükəli bakteriyalar və ərzağın kütləsini artırmaq üçün istifadə olunan duz məhlulu inyeksiyasının əlamətləri aşkar edilib.

Yoxlamalara “Petelinka”, “Rjevskoe podvorye”, “Miratorq”, “Yasnıe zori”, “To, şto nado!” və “Kajdın den” brendlərinin məhsullarının cəlb edildiyi bildirilib.

Məlumata görə, bir çox nümunələrdə mikroorqanizmlər normadan 20-30 dəfə çox olub ki, bu, sanitar qaydaların, istehsal texnologiyasının, saxlanma və istifadə müddətinin pozulması deməkdir.

Gununsesi.info