Bu gün 36 mindən çox şagird buraxılış imtahanı verir

  • By admin
  • 18 Mart 2018 11:37


Bu gün 36 mindən çox şagird buraxılış imtahanı verir Dövlət İmtahan Mərkəzi (DİM) 30 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir. DİM-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bu gün ümumilikdə 36 613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.

 

Gununsesi.info