Bu gün Ağ Ev üçün ÖNƏMLİ QƏRAR açıqlanacaq: Tramp prezidentlikdən kənarlaşdırıla bilər

  • By admin
  • 03 Dekabr 2019 12:45

ABŞ Prezidenti Donald Trampın impiçmenti barədə hesabat dekabrın 3-də dərc olunacaq.

Gununsesi.org MSNBC-yə istinadla xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə xüsusi komitəsinin sədri Adam Şiff danışıb.

Onun sözlərinə görə, komitədə Trampın impiçmentə səbəb olacaq qanun pozuntularında iştirakına dair inkaredilməz sübutlar var. Şiff, həmçinin, komitədə hesabatın ABŞ Konqresinin aşağı palatasının Hüquq komitəsinə təhvil verilməsinə dair səsvermə keçiriləcəyini qeyd edib.

Komitə sədri Nümayəndələr Palatasının araşdırmalara və iş üzrə yeni faktlar tapmağa davam edəcəyini bildirib.

Gununsesi.org