Bu gün AMEA-ya yeni prezident seçiləcək

  • By admin
  • 23 Oktyabr 2019 10:07
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçiləcək.
Gununsesi.org xəbər verir ki, AMEA-dan bildirilib ki, günün ikinci yarısında akademiyanın Ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda AMEA-ya yeni prezident seçiləcək.
Qeyd edək ki, AMEA-nın hazırkı prezidenti, akademik Akif Əlizadənin 85 yaşı var. O, 2013-cü ildən bu vəzifəni tutur.
Gununsesi.org