Bu gün Milli Məclisin buraxılması məsələsi parlamentdə müzakirə ediləcək

  • By admin
  • 02 Dekabr 2019 08:55

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Gununsesi.org xəbər verir ki, iclasın gündəliyinə yalnız bir məsələ daxildir.

Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Gununsesi.org