Bu gün növbədənkənar parlament seçkisi prosesinə start verilir

  • By admin
  • 07 Dekabr 2019 11:55

Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib.

O, bu gün keçirilən iclasın gündəliyini açıqlayıb: “İclasda komissiyaların fəaliyyətə başlaması rəsmiləşdiriləcək, təqvim planı təsdiqlənəcək. Bundan başqa, müraciətlərə baxılması üçün işçi qruplar yaradılacaq. Ondan sonra ehtiyac olarsa, hər gün iclas edəcəyik”.

Gununsesi.org