“Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcək” - RÖVŞƏN RZAYEV

  • By admin
  • 17 Fevral 2020 20:54

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülür. Bu sahəyə özəl sektorun böyük töhfəsi var.

Gununsesi.org AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qaradağlı faciəsinin 28-ci ildönümü münasibətilə Beyləqana səfəri zamanı jurnalistlərə müsahibəsində deyib.

Komitə sədri bildirib ki, ilin sonunadək 7000 ailəlik qəsəbələr tikiləcək. “Bu istiqamətdə fəaliyyətimiz başlayıb. Artıq Bakı və Sumqayıt şəhərlərində tikintilər gedir. İnanıram ki, qarşımıza qoyulan tapşırıqlar ilin sonunadək yerinə yetiriləcək. Bu il Samux rayonunda, gələcək illərdə isə digər rayonlarda yeni qəsəbələr salınacaq”, – deyə R.Rzayev bildirib.

Gununsesi.org