Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?

Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?

Yanvar-may aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 15 min 585 olub.

Gununsesi.org-a  Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 70-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 14 min 170-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 1274-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 71-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

 

 

COMMENTS