Bu muzeylər nazirliyin tabeliyindən çıxarıldı - SİYAHI

  • By admin
  • 16 Avqust 2019 10:48

Nazirlər Kabineti “Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edib.

Gununsesi.org xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, aşağıdakı qurumlar nazirliyin tabeliyindən çıxarılaraq “Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na daxil edilir:

– Lahıc Tarix-Diyarşünaslıq Muzeyi;

– Şəki Tarix-Diyarşünaslıq Muzeyi;

– Şəki Xalq Tətbiqi Sənəti Muzeyi;

– Şəki Dövlət Rəsm Qalereyası;

– Basqal qəsəbə Mədəniyyət Evi;

– Xınalıq kənd Mədəniyyət Evi.