Bu ölkədə milyonçuların sayı artdı

  • By admin
  • 03 Fevral 2020 13:27

Türkiyədə bir milyon lirə (284,200 AZN) və ya ondan artıq pulu olanların sayı artıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “HaberGlobal” “Bank Tənzimlənməsi və Nəzarət Qurumu”nun ( BDDK) verdiyi statistikaya əsasən məlumat yayıb.

Xəbərdə bildirilir ki, ötən il ölkədə milyonçuların sayı 45 314 nəfər artaraq, 225 000-ə çatıb.

Eyni zamanda, ölkə daxilində və xaricində türkiyəli milyonçuların ümumi sayı 225 440 nəfər təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə ölkədə milyonçuların sayı 161 800 nəfər olub.

Gununsesi.org