Tərkibi flavonoidlərlə zəngin qidaları müntəzəm olaraq qəbul etmək xərçəng və ürək-damar sistemi xəstəlikləri riskini azaldır.
Bu barədə tədqiqatın nəticələri “Nature” jurnalında yayımlanıb.
Alimlərdən ibarət qrup 23 il ərzində Danimarkanın 56 min sakininin qida rasionunu incələyib.
Məlum olub ki, qida rasionunda daim sitrus, qarağat, alma, yaşıl çay və flavonoidlərlə zəngin ərzaq məhsullarına üstünlük verən iştirakçılar daha uzun müddət yaşayıblar və özlərini yaxşı hiss ediblər.
Maraqlıdır ki, bu tip qidalar daha çox siqaret çəkənlər və spirtli içki qəbul edənlər üçün maksimal müdafiə “qalxanı” yaradıb. Amma alimlər xəbərdarlıq edirlər ki, flavonoidlər tütün və spirtli içkinin orqanizmə vurduğu mənfi effekti sıfıra endirmir, sadəcə, yumşaldır.