Bu rayonun polis rəisi yola salındı

  • By admin
  • 27 May 2019 09:27
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Gununsesi.org-un  Daxili İşlər naziri Ramil Usubovun əmri ilə polis polkovniki Ədalət Sadıqov  Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Ə.  Sadıqov Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə 2011-ci ilin noyabrında təyin olunub.
Ədalət Sadıqov bundan əvvəl Gəncənin Kəpəz rayonunda polis rəisi olub.
Gununsesi.org