“Bu Trampın, Makronun işidir. Onlar dünyanı idarə edirlər”- ŞENOL GÜNƏŞ

“Bu Trampın, Makronun işidir. Onlar dünyanı idarə edirlər”

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Fransa ilə 1:1 oynadıqları matçdan sonra açıqlama verib.

Gununsesi.org-un məlumatına görə, təcrübəli çalışdırıcı yerli rejissorların türk futbolçuların əsgər salamı verdiklərini efirdə göstərməməsinə münasibət bildirib.

O, siyasətin stadionlara daşınmasının tərəfdarı olmadığını bildirib: “İnsanlıq hara gedir, dünya liderləri nə edirlər? Hər şey bir ölkə ilə olmaz. Terrorun olduğu yer hamımızı narahat edər. Bütün insanların xoşbəxt olmaması bizi üzür. Almaniya, İngiltərə və ya Fransa fərq etməz. Dünya kiçildi və qloballaşdı. İnsanlara bu hücumlar doğru deyildir. Ölkəmizlə bağlı iddialara kaş ki, məruz qalmasaydıq. İnsanların xoşbəxt olması üçün nə edə bilərik? Əsas olan budur.

Bir ay öncə Fransaya gəldim. Burada türklər də, kürdlər də var idi. Biz ölkəmizdə qalmaq istəyirik, heç bir ölkədə köçmək fikrində deyilik. Parisdə şiddət olsa, fransızlar da üzülər. Əsgər salamı verməkdə pis niyyətimiz yoxdur. Əsgərlərimizi kimisə öldürməyə deyil özümüzü qorumağa göndəririk. Bu mənim işim deyil. Donald Trampın, Emmanuel Makronun işidir. Onlar dünyanı idarə edirlər, mən isə balaca bir komandanı çətinliklə idarə edirəm”.

 

 

Gununsesi.org

COMMENTS