Bu universitetdə tələbələrə marixuana öyrədiləcək, narkotika dərsləri keçiriləcək - Yeni ixtisas açılır

  • By admin
  • 05 Dekabr 2019 12:31

Kanadanın Monreal şəhərində yerləşən Makqilla (McGill) Universitetində marixuana mütəxəssisliyi ixtisası üzrə proqram açılacaq.

Gununsesi.org xarici mediaya istinadən bildirir ki, əsas məqsəd marixuananın yetşdirilməsi və ticarəti üçün savadlı kadrlar yetişdirməkdir. Proqramın illik xərci isə 24 min dollar olacaq.

Makqilla Universiteti bu sahə ilə bağlı proqram açan ilk ali təhsil müəssisəsi olsa da, Qvelf Universiteti də kurs səviyyəsində marixuana əkimi və yetişdirilməsi ilə bağlı təhsil verir.

Xatırladaq ki, Kanadada 2018-ci ildə qüvvəyə minən qanunla marixuananın istifadəsi və satışı leqallaşıb.

Gununsesi.org