Bu vəziyyətlə barışmamalıyıq - KÖÇKÜN GƏNCLƏR MÜHARİBƏ İSTƏYİR

  • By admin
  • 24 İyun 2019 10:19

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış qeyri-müəyyən vəziyyət davam etsə də ancaq cəbhə bölgəsindən hər gün gələn şəhid xəbərləri ictimaiyyəti ciddi narahat edir. 

Bu yaxınlarda təsis edilən “Qarabağa Qayıdış” İctimai Birliyinin fəalları da sosial şəbəkələrdə Azərbaycan topraqlarının işğal altında qalmasına artıq dözmək fikirlərinin olmadığını, tezliklə torpaqlarımızın müharibə yolu ilə azad edilməli olduğunu bəyan edir.

Qurumun fəallarından olan Gəncəli Qənbərov yeni nəslin zaman keçdikcə Qarabağı unutmasından narahat olduğunu dilə gətirib. O sosial şəbəkədəki hesabında yazır ki, “Qarabağsız doğulan uşaqlarbu bölgənin Ermənistanın olduğunu zənn edəcək. Biz  Qarabağa qayıtmasaq, gələcəkdə qarabağlı deyə xitab edən də olmayacaq. Alexandro Xodorovski yazır ki, qəfəsdə doğulan quşlar uçmağı xəstəlik zənn edəcək”.